AZ

Çin lideri Avropaya yollanır, Paris və Pekinin düşündükləri nədir?

"Paris Ukraynaya qarşı hərbi təcavüzə son qoyması məqsədilə Pekini Moskvaya təzyiq üçün sövq etmək niyyətindədir..."
 
"Avropa liderləri ilə görüşlərində ÇXR rəhbəri iqtisadi əlaqələri möhkəmləndirməyə və Çinin təsirini gücləndirməyə çalışacaq..."
 
Çin Xalq Respublikasının Sədri Si Tszinpin bu gün axşam Fransaya iki günlük qeyri-rəsmi səfərə gəlir. Prezident Emmanuel Makron bəyan edib ki, bu səfər "həlledici əhəmiyyətə malikdir".
 
Moderator.az xəbər verir ki, bu barədə Fransanın "La Tribune" qəzeti yazıb.
 
İki ölkə arasında münasibətlərin 60 illiyinin bayram edilməsi və müqavilələrin imzalanması ilə yanaşı, "Avropa İttifaqının gələcək taleyi müzakirə mövzusu olacaq", - qəzet yazıb.
 
Makronun sözlərinə görə, Fransa Çin hakimiyyətinin Avropaya ticarət məsələlərində daha çox zəmanət verməsinə təkid etməkdə davam etməlidir. 
 
Bundan başqa, Paris Ukraynaya qarşı hərbi təcavüzünə son qoyması üçün Pekini Moskvaya təzyiq üçün sövq etməyə çalışacaq.
 
"Çin Rusiyanın başlıca tərəfdaşı olduğundan, bizim məqsədimiz ondan ibarətdir ki, onun Moskvaya malik olduğu təsir vasitələrindən
Rusiyanın niyyətlərinin dəyişməsi üçün istifadə etsin və münaqişənin həllinə öz tövhəsini versin", - bunu Yelisey Sarayının müşaviri Sinin səfəri ərəfəsində deyib.
 
Jurnalistlər qeyd edir ki, hər iki məsələdə Makrona Rusiya ilə tərəfdaşlıq üzrə ardıcıl mövqe sərgiləyən Siyə təzyiq etmək çətin olacaq.
 
Makron həmçinin Si Tszinpinlə Parisdə 2024-cü il Olimpiadası zamanı bütün cari dünya münaqişələrində atəşkəsi müzakirə edəcək.
 
"Biz diplomatik addımlar atmaq niyyətindəyik. Olimpiya zamanı atəşkəs bütün dünyaya ismarıc olmalıdır. Bu, ÇXR sədri ilə müzakirə edəcəyim mövzulardan biri olacaq", - Makron məlumat verib.
 
Mayın 7-də Makron Si Tzinpini Pireney dağlarına ziyarətə aparacaq. Bu dağların əhəmiyyəti ondadır ki, Makronun ana nənəsi orada dünyaya gəlib.
 
"Reuters" agentliyi qeyd edib ki, bu jest Si Tszinpinin Makronu öz atasınım Quançjoudakı keçmiş evində çay süfrəsinə dəvət etmək qərarının əks-sədasıdır.
 
"Makron həmişə cazibəlidir, o, xarici liderlərlə şəxsi münasibətlər yaradaraq onları öz tərəfinə çəkməyə cəhd edir", - bunu "Rhodium Group" tədqiqatçı şirkətin baş müşaviri Noy Barkin deyib.
 
O, həmçinin ümid etdiyini ifadə edib ki, Fransa lideri "Sinin onun üçün uşaqlıqdan vacib olan yerə gəlişi onu mütəəsir edəcəyi və Pekin tərəfdən güzəştlərə gətirib çıxaracağı ilə bağlı xam xəyallara qapılmır".
 
Fransadan başqa, Si Serbiya və Macarıstana dövlət səfərləri edəcək, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayyenlə danışıqlar aparacaq. Bu, onun 2019-cu ildən bəri Avropaya ilk səfəridir.
 
Nyu-Hempşir Universiteti Asiya studiyalarının koordinatoru, politologiya professoru Lourens Rirdonun fikrincə, Avropa liderləri ilə görüşlərdə ÇXR rəhbəri iqtisadi əlaqələri möhkəmləndirməyə və Çinin təsirini gücləndirməyə çalışacaq. 
 
Həm də Pekin öz təsirini "rus təsirinin sıxışdırılması hesabına" genişləndirməyə hazırdır.
 
"Çinlilər belə yanaşmanı artıq Mərkəzi Asiyada sınaqdan keçirib, indi isə bunu Avropanın Rusiya ilə ən dost ölkələri olan Serbiya və Macarıstana tətbiq etməyə hazırlaşır", - Çin üzrə ekspert deyib.
 

 

Seçilən
311
34
moderator.az

10Mənbələr