ABŞ oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra ilk dəfə olaraq İsrailə sursat tədarükünü dayandırıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Axios" nəşri adının açıqlanmasını istəməyən İsrail rəsmilərinə istinadən məlumat dərc edib.
“İsrail rəsmiləri bildiriblər ki, ötən həftə İsrailə döyüş sursatının tədarükü dayandırılıb”, - nəşr yazıb.