Mayın 7-də İmişli rayonunda növbəti əmək yarmarkası keçiriləcək.
Bakıvaxtı.az xəbər verir ki, yarmarka Dövlət Məşğulluq Agentliyinin Mil-Muğan Regional Məşğulluq filalının dəstəyi ilə baş tutacaq.
Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.
Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.
Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.