AZ

Almaniyada futbol matçı zamanı iğtişaş - 155 polis xəsarət aldı

Futbol üzrə Almaniyanın Regionla Liqasında Berlin təmsilçisi “Dinamo” ilə Kottbusun “Energie” komandaları arasında keçirilə görüşdə iğtişaş baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə zamanı 74 nəfər saxlanılıb.

Qeyd olunub ki, iğtişaşda 155 polis xəsarət alıb.

Onlardan əksəriyyəti iğtişaşçılara qarşı istifadə edilən gözyaşardıcı qazdan zəhərlənib.

İğtişaşlara səbəb hər iki komandanın azarkeşlərinin aqressiv davranışı olub.

Onlar oyun zamanı butulka atıblar.

Matçda təxminən 20 dəqiqə yubanma olub.

Oyun “Energie”nin 2:0 hesablı qələbəsi ilə başa çatıb.


Müəllif: Teleqraf.com
Seçilən
94
10
teleqraf.com

10Mənbələr