AZ

Renduliç: “Penalti təyin olunarkən reaksiyamız xoşuma gəlmədi”

“Sabah”ın baş məşqçisi Krunoslav Renduliç Azərbaycan Premyer Liqasının 33-cü turu çərçivəsində səfərdə “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, o, 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra bunları söyləyib:

“Oyunçularımı təbrik edirəm. Onlarla fəxr edirəm. Ardıcıl 4 oyunda qələbə qazanmaq asan deyil. Ayaz Quliyevin uzaqdan vurduğu mükəmməl zərbə ilə hesabda önə keçdik. Qoldan sonra sanki nəticədən məmnun idik. Futbolçulara demişdim ki, bu gün çətin oyun olacaq. İlk hissədə “Araz-Naxçıvan” topa daha çox nəzarət edirdi. İkinci hissədə biz daha yaxşı oynadıq. Penaltini qaçırdıq. Oyunun taleyini daha erkən həll edə bilərdik. Oyundan və 3 xaldan məmnunuq. Hələ heç nə bitməyib. Qarşıda 3 oyun və 9 xal var. Növbəti matça hazırlaşmalıyıq.

Qaçan penaltilər də oyunun bir hissəsidir. Bu, sadəcə keyfiyyətdən asılı deyil, bəzən konsentrasiyadan da asılıdır. Penalti təyin olunarkən reaksiyamız xoşuma gəlmədi. Hər kəs artıq qolu qeyd edirdi. Penaltidə şanslar bərabərdir. Ona görə də erkən qeyd etmək lazım deyil.

Bu gün ilk yarıda o qədər də yaxşı oynamadıq. Əksinə, ikinci hissədə çox yaxşı oynadıq. İki yaxşı qol fürsətimiz oldu. 3-4 epizodda son ötürmələri düzgün verə bilmədik”.

Seçilən
127
6
futbolinfo.az

10Mənbələr