ABŞ-də Ağ Evin hasarına çırpılan avtomobilin sürücüsü ölüb.
Bu barədə ABŞ Məxfi Xidmətinin sözçüsü Entoni Quqlielmi məlumat verib.
O, bildirib ki, avtomobil yüksək sürətlə hərəkət edib.
Qeyd olunur ki, ətrafdakı polis əməkdaşları sürücüyə kömək etməyə çalışsalar da, o, artıq ölü olub.
İnsident Ağ Ev üçün heç bir təhlükə yaratmayıb. Hadisə ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, yanvarın 9-da ABŞ Məxfi Xidməti analoji hadisə ilə bağlı məlumat yayıb. Avtomobil Ağ Evin hasarına çırpılıb, sürücü saxlanılıb.
Mənbə: TASS