AZ

Bakıda bu mənzillərə tələbat artıb - Ekspert

Bakının əmlak bazarında birotaqlı mənzillərə tələbat artıb.
BUTA.TV Xəzər TV-yə istinadən xəbər verir ki, köhnə və yeni tikililərdəki birotaqlı mənzillərin qiymətində artım müşahidə olunur. Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, hazırda paytaxt ərazisində otaq sayı çox olan mənzillər üçün qiymətlər əlçatan olmadığına görə birotaqlı evlərə tələbat artıb. Buna görə də qiymətlər əvvəlki illərlə müqayisədə dəyişib. Onun sözlərinə görə, birotaqlı mənzillərin qiyməti ipoteka kreditləri verilməyə başlayandan sonra bir qədər də yüksəlib. "Köhnə tikili binalarda mənzillərin qiymətinə nəzər salsaq, ipoteka predmetinə çevrilə bilən doqquzmərtəbəli binalarda birotaqlı mənzillərin satış qiymətləri ərazisindən asılı olaraq 85 min manatdan başlayaraq ortalama 120-125 min manat arası dəyişir", - ekspert qeyd edib.

Ekspert onu da əlavə edib ki, gələcəkdə qiymətlərin enəcəyi proqnozlaşdırılmır.

Seçilən
168
10
buta.tv

10Mənbələr