Bakı. Trend:
Hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədarolaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürəthəddi 20 km/saat endirilib.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər NazirliyininNəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, eyni zamanda, bütün məlumat sürət tablolarında“sürüşkən yol” işarəsi qoyulub.