YAP Yasamal rayon təşkilatıvə Tbilisi pr.187 (“Aztelekom” MMC) ünvanı üzrə ərazi partiya təşkilatı ilə birgə Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, “Aztelekom” MMC-nin baş director vəzifəsini icra edən Tural Pirverdiyev, Tbilisi pr.187 (“Aztelekom” MMC) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Elnur Allahverdiyev və ərazi üzrə partiya təşkilatının üzvləri iştirak edib.Tədbirin rəsmi hissəsindən öncə ümummilli lider Heydər Əliyevin büstü ziyarət olunaraq önünə tər güllər düzülüb. Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad edilib.Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonar müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Sonra Ulu Öndər Heydər Əliyevə ümumxalq sevgisini və inamını tərənnüm edən videoçarx nümayiş etdirilmişdir.İştirakçıları salamlayaraq tədbiri açıq elan edən “Aztelekom” MMC-nin baş director vəzifəsini icra edən Tural Pirverdiyev bildirib ki, 10 may 2024-cü il müstəqil Azərbaycan Respublikasının yaradıcısı və memarı, XX əsr milli tariximizin ən qüdrətli siması olan görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür. Hər il olduğu kimi, bu il də Aztelekom kollektivi, siyasi həmfikirlər qeyd edilən tarixi böyük coşqu və sevinclə qarşılayırıq və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini həmişə uca tutaraq minnətdarlıqla anırıq.Gəncliyində memar olmaq istəyən dahi şəxsiyyət möhtəşəm bir abidənin qurucusu olmuş, özünün şah əsəri olan müstəqil Azərbaycan dövlətini yaratmışdır.Ulu öndər Heydər Əliyev kursunun layiqli davamçısı cənab İlham Əliyevin 2003-cü ildə Prezident seçiləndən sonra həm respublikamızın inkişafındakeyfiyyətcə yeni mərhələ başlanmışdır. Həyata keçirilən sistemli və məqsədyönlü islahatlar Azərbaycanın milli gücünün artmasına, beynəlxalq aləmdə mövqeyinin və imicinin güclənməsinə, xalq-iqtidar birliyinin möhkəmlənməsini təmin etmişdir. Bunun bariz nümunəsi, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Şanlı Zəfər, lokal xarakterli antiterror tədbirləri, Xankəndi və digər ərazilərimizdə üç rəngli bayrağımızın ucaldılması dövlətçilik tariximizə əbədi olaraq qızıl hərflərlə yazılıb.Hazırda işğaldan azad olunmuş əzəli Azərbaycan ərazilərinə Böyük Qayıdışla əlaqədar ölkəmiz tamamilə yeni bir dövrə qədəm qoymuşdur. Bu məqsədlə Prezident İlham Əliyev tapşırıqlarına uyğunolaraq işğaldan azad olunan ərazilərin bərpa və yenidənqurma işlərinə başlanılmış, o cümlədən sosial-iqtisadi, enerji, kommunal, nəqliyyat infrastrukturunun yaradılması və bununla da doğma yurduna qayıdan vətəndaşlarımıza layiqli yaşayış və işgüzar fəaliyyət üçün hərtərəfli şəraitin yaradılması işləri sürətlə həyata keçirilir.Tədbirdə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki,Azərbaycana rəhbərliyinin birinci dövründə Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu Öndərin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətindә atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soy-kökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir.Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran ümummilli lider Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıtdırılmasında və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bildirilib ki, bu gün Azərbaycan Respublikasının əldə etdiyi uğurlu nəaliyyətlərin şah əsəri heç şübhəsiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Rəşadətli Azərbaycan Ordusunun doğma Qarabağımızı düşmən tapdağından azad etməsi və regionda yaranan reallıqlardır. Bundan əlavə 2023-cü ilin 19-20 sentyabr tarixlərindəki lokal xarakterli anti terror tədbirləri və həmin ilin 15 oktyabr tarixində isə Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərlərində, Əsgəran qəsəbəsində üçrəngli bayrağımızın dalğalandırılması tarixi Zəfərlərimizin zirvəsi oldu. Bu gün artıq işğaldan azad olunmuş torpaqlarımıza yeni həyat qayıdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında Ulu Öndərin amallarını yaşadan, ideyalarını gerçəkləşdirən Heydər Əliyev Fondu da işğaldan azad edilən ərazilərdə aparılan quruculuq işlərinə töhfə verir.Çıxış edən Tbilisi pr.187 (“Aztelekom” MMC) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Elnur Allahverdiyev Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında oynadığı tarixi rolun əhəmiyyəti barədə çıxış etmişdir. O, Ulu Öndər Heydər Əliyevin irsi, cənab Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyəti, Vətən müharibəsində qazanılmış zəfər, Azərbaycançılıq, vətənpərvərlik, gənc nəslin vətənpərvər ruhda böyüməsi mövzusunda fikirlərini diqqətə çatdırmışdır. Ərazi partiya təşkilatının sədri ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğunun genişləndiyi və demokratiyanın bərqərar olduğu dövrdə cəmiyyətimizdə gedən proseslərin düzgün qiymətləndirilməsinin, gənclərlə görüşlər zamanı Ulu Öndərin irsinin öyrənilməsi, möhtərəm Prezident cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin hər bir Azərbaycan vətəndaşı tərəfindən düzgün və dərindən dərk edilməsinin zəruri olduğunu vurğulayıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta