NATO Baş katibinin Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Xavier Kolomina Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyanla görüşüb.NATO rəsmisi bu barədə "X” hesabında yazıb.
"NATO-nun Brüsseldəki mənzil qərargahında Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan ilə görüşdük. NATO-Ermənistan ikitərəfli əməkdaşlığının gücləndirilməsi yolları və xüsusilə Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə son razılaşmadan sonra normallaşma prosesində regional dinamika müzakirə edildi”.
www.anews.az