AZ

Quru sərhədlərin bağlı qalması turizmə ciddi təsir edir - Kənan Qasımov

Quru sərhədlərin bağlı qalması Azərbaycana turist axınına ciddi təsir edir. Bunu Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov deyib. 
 
"Qiymətlərlə bağlı müqayisələr onu göstərir ki, Azərbaycanda heç də Cənubi Qafqaz və digər ölkələr ilə müqayisədə yerləşmə vasitələrinin qiymətləri baha deyil. Bununla bağlı statistik rəqəmlər də onu göstərir ki, bir çox hallarda yaxın bəzən isə daha aşağıdır. Hər şeyi turizmə bağlamaq olmaz. Təhlükəsizlik məsələsi nəzərə alınaraq sərhədlər hazırda müəyyən müddət üçün bağlıdır. Bu təbii ki rəqəmlərə ciddi təsir göstərir. Amma nəzərə almalıyıq ki, ölkənin prioriteti əsasən təhlükəsizlik məsələsidir. Bu məsələ üzərində işlərimizi davam etdiririk. Bütün bunlar öz həllini tapdıqdan sonra, hesab edirəm ki,  Azərbaycana turist gəlişi baxımından hər hansı problem olmayacaq" , - Qasımov anews.az-ın sualını cavablayarkən bildirib. 
 
2023-cü ildə Azərbaycana 187 i ölkədən 2 milyon 86 min turist, Gürcüstana-  7 072 220 turist, Ermənistana isə - 2 milyon 316 min 666  turist səfər edib. 
Statistikaya nəzər yetirsək, Qafqaz ölkələri içərisində ən az turist  Azərbaycana gəlib. 
 
Aygün Mirakif 

www.anews.az
Seçilən
186
50
anews.az

10Mənbələr