AZ

Ərzurumda Türkiyə-Azərbaycan dostluq konserti keçirilib - FOTOLAR

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibəti ilə Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestri mayın 7-də Türkiyənin Ərzurum şəhərində konsert proqramı ilə çıxış edib.

"Report"un yerli bürosuna Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyindən verilən məlumata görə, Azərbaycan Respublikasının Qars şəhərindəki Baş Konsulluğunun dəstəyi, Naxçıvan MR Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutan Türkiyə-Azərbaycan dostluq konserti İbrahim Erkal Dadaş Mədəniyyət və Sənət Mərkəzində təşkil olunub.

Musiqili gecədə Müslüm Maqomayevin “Azərbaycan”, Fikrət Əmirovun “Reyhan”, Aytən Alpmanın “Məmləkətim”, Üzeyir Hacıbəyovun “Çırpınırdın, Qara dəniz”, Emin Sabitoğlunun “Həyat bizimdir”, Elza İbrahimovanın “Ey Vətən”, Xanım İsmayılqızının “Dahi”, Kamalın “Xalq Heydər deyəcək”, Cavanşir Quliyevin “Azərbaycan-Türkiyə”, Ramiz Mirişlinin “Səadət”, eləcə də xalq mahnıları və xarici ölkə bəstəkarlarının əsərləri ifa edilib.

Filarmoniyanın solistləri - Emin Hüseynov, Nərmin Hüseynova, Bəhruz Quliyev, Əfsanə Babayeva tərəfindən səsləndirilən əsərlər qardaş ölkənin sənətsevərləri tərəfindən yüksək əhval-ruhiyyə ilə qarşılanıb.

Qeyd edək ki, Naxçıvan Dövlət Filarmoniyası Ulu Öndərin anadan olmasının 101-ci ildönümü münasibətilə 9 may tarixdə Ərzincan şəhərində, 12 may tarixdə isə Müstəqillik Günü münasibəti ilə Ordu şəhərində konsert proqramı ilə çıxış edəcək.

"Cebhe.info"

Seçilən
204
1
cebheinfo.az

2Mənbələr