AZ

Naxçıvanda vəkillərin ilk dəfə təntənəli andiçmə mərasimi olub

Bu gün Naxçıvan Muxtar Respublikasında (MR) vəkilliyə qəbul üzrə ixtisas imtahanlarından müvəffəqiyyətlə keçən və icbari təlimi başa vuran namizədlərin ilk dəfə təntənəli andiçmə mərasimi keçirilir.

İqtisadiyyyat.az xəbər verir ki, tədbirdə vəkilliyə namizədlər Azərbaycanın Dövlət Bayrağı önündə and içib, onlara vəsiqələr təqdim edilib.
 
Diqqətə çatdırılıb ki, 2018-ci ildən indiyədək Azərbaycan Respublikası Vəkillər Kollegiyası (ARVK) üzvlüyünə qəbulla bağlı 12 yazılı test imtahanı keçirilib. Bu imtahanlarda iştirak edən 4808 namizəddən 1483 nəfər ixtisas imtahanlarında uğur qazanıb, icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib. Bu gün vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi uğurla başa vuran 9 namizəd vəkil andı içərək Naxçıvan Respublikasının Vəkillər Kollegiyasına (NRVK) qəbul olunublar. Beləliklə, Azərbaycanda vəkillərin sayı 2463 nəfərə, Naxçıvanda isə 29 nəfərə çatıb.
 
Hazırda andiçmə mərasimində iştirak edən vəkillərdən 8 nəfəri kişi, 1 nəfəri isə qadındır. Bununla da Azərbaycanda qadın vəkillərin sayı 473 nəfər olmaqla ümumi vəkillərin 18%-ni təşkil etməkdədir.

Qeyd edək ki, mayln 8-də ARVK və NMRVK-nın təşkilatçılığı ilə Naxçıvan MR-də “Blokada şəraitində hüquq təsisatlarının səmərəli fəaliyyəti və insan haqlarının müdafiəsi” mövzusunda konfrans, habelə vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilir.

Tədbirdə Naxçıvan MR-də Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, ARVK-nın sədri Anar Bağırov, onun başçılıq etdiyi nümayəndə heyəti, Naxçıvan MR Ali Məhkəməsinin sədri Səadət  Bəktaşi, Naxçıvan MR-in prokuroru Sənan Paşayev, Naxçıvan MR Ədliyyə nazirinin müavini və nazir vəzifələrini müvəqqəti icra edən Hüseyn Səfərov, eləcə də deputatlar, vəkillər, III "Yüksəliş" müsabiqəsinin qalibi İbrahim Məmmədzadə və digər rəsmilər iştirak edirlər.

Seçilən
78
5
iqtisadiyyat.az

10Mənbələr