AZ

ABŞ İsrailə minlərlə hava bombası tədarükünü dayandırıb

ABŞ hakimiyyəti keçən həftə Qəzza zolağının Rəfah şəhərində hərbi əməliyyat zamanı istifadə oluna biləcəyi ilə bağlı narahatlıqlar fonunda İsrailə 3500 hava bombasının tədarükünü dayandırıb.

Bu barədə CNN ABŞ administrasiyasındakı rəsmi mənbəyə istinadən məlumat verib.

Mənbənin sözlərinə görə, söhbət 2 min funt (907 kq) çəkisi olan 1,8 min bombanın, həmçinin 500 funtluq (təxminən 227 kq) olan 1,7 min bombanın tədarükünün dayandırılmasından gedir. “Biz əsasən 2000 funt çəkisi olan bombalardan istifadə məsələsinə və onların Qəzzanın digər hissələrində gördüyümüz kimi, əhalinin sıx məskunlaşdığı şəhərlərdə göstərə biləcəyi təsir üzərinə diqqətimizi cəmləmişik”, - deyə adı açıqlamayan məmur CNN-ə bildirib.

Həmçinin “The New York Times” qəzetinin ABŞ administrasiyasındakı rəsmilərə istinadən qeyd etdiyi kimi ki, ABŞ Prezidenti Co Bayden İsrailin Qəzza zolağında hərbi əməliyyatlara başlamasından bəri ilk dəfə olaraq silah tədarükünün dayandırılmasından yəhudi dövlətinin siyasətinə təzyiq vasitəsi kimi istifadə edib. Vurğulanıb ki, bu tədbir müharibənin aparılma üsulu ilə bağlı ABŞ və İsrail arasında böyüyən fikir ayrılıqlarına işarə olub.

Nəşrin yazdığına görə, ABŞ administrasiyası gələcək tədarüklərin də dayandırılıb-dayandırılmaması üzərində düşünür.

Seçilən
369
50
turanpress.com

10Mənbələr