Marko Roys mövsüm bitdikdən sonra "Borussiya"dan ayrılacaq.
Sportal.az xəbər verir ki, 34 yaşlı hücumameyilli yarımmüdafiəçinin karyerasını harada davam etdirəcəyi məlum olub.
Alman futbolçu ABŞ-a üz tutacaq. Bu barədə Fabritsio Romano məlumat yayıb.
Təcrübəli on xətt oyunçusu MLS-də oynamaq istəyir.
Qeyd edək ki, Marko Roys bu mövsüm "Borussiya"nın heyətində meydana çıxdığı 39 rəsmi matçda 8 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.