Xüsusilə külli miqdarda rüşvət almaqda təqsirləndirilən Rusiya müdafiə nazirinin müavini Timur İvanov vəzifəsindən müvəqqəti kənarlaşdırılıb.
“Unikal” xəbər verir ki, bu barədə onun vəkili Murad Musayev RİA Novosti-yə bildirib.
Bu gün Moskva Şəhər Məhkəməsi İvanovun həbsini qanuni hesab edib. O, təxminən 1 milyard rubl rüşvətdə ittiham olunur.
Vəkil bildirib ki, İvanovun qohumlarının əmlakına İstintaq Komitəsinin tələbi ilə həbs qoyulub. Hətta valideynlərin bank hesablarına da həbs qoyulub.
Xatırladaq ki, Müdafiə Nazirliyində hərbi tikinti kompleksinin işinə nəzarət edən İvanov xüsusilə külli miqdarda rüşvətxorluqda ittiham edilib və iyunun 23-dək həbs edilib. İstintaq hesab edir ki, İvanov nazirliyin ehtiyacları üçün podrat və subpodrat işləri apararkən əmlak xarakterli xidmətlərin göstərilməsi şəklində rüşvət alıb.