Xalq artisti Aygün Kazımovanın 11 il öncə ifa etdiyi “Təsadüf” mahnısı son günlər “TikTok” trendinə düşüb.
OLAY yazır ki, sözügedən platformada mahnıya 1 həftədə 5 minə yaxın video çəkilib.
Qeyd edək ki, müğənninin Hakan Erol və Leyli Erol-İsrafilova tərəfindən yazılan mahnısı 2013-cü ildə dinləyicilərin ixtiyarına verilib.