AZ

Almatıda Azərbaycan və Ermənistan XİN başçılarının görüşü irəliyə doğru addımdır - ŞƏRH

Bakı. Trend:

Əslində son proseslər və ələlxüsus da 4 kəndin qaytarılması,delimitasiya ilə bağlı real icraatın başlaması onu sübut etdi ki,kənar müdaxilələr, təsirlər olmayanda hər şey daha yaxşı istiqamətalır, iki dövlət öz arasında daha tez dil tapır. Ona görə də Almatıgörüşündən gözləntilərimiz böyükdür və iki öllkənin xarici işlərnazirlərinin həmin görüşdən ciddi nəticə ilə ayrılacağınıdüşünürük.

Bu barədə Trend-in suallarınıcavablayarkən Milli Məclisin deputatı ElşənMusayev deyib.

O qeyd edib ki, həqiqətən də zaman gedir. Bundan sonra hər şeyfərqli olmalıdır, müsbət dinamika almalıdır.

"Üstəlik, bölgədə sabitliyin olmaması üçün əlindən gələni“əsirgəməyən” qüvvələrə də açıq mesaj verilməlidir ki, sizinvasitəçiliyinizə ehtiyac yoxdur, biz öz aramızda bütün mübahisəliməsələləri həll etmək iqtidarındayıq.

Bildiyiniz kimi, Almatıda müzakirə ediləcək əsas mövzu sülhmüqaviləsinin mətnidir və ümid edirik ki, Ceyhun Bayramovla AraratMirzoyanın məlum görüşdən sonra keçirəcəkləri mətbuat konfransındahəmin mətnin razılaşdırılması ilə də bağlı xoş xəbərlər, ümidvericimüjdələr alacayıq. Niyə də yox?! Maneə varmı? Düşünürəm ki, xeyr.Əksinə, hər şey öz axarında gedir. Yetər ki, Ermənistan bundansonra kənar təsirlərə uymasın, sona qədər 4 kənd məsələsində olduğukimi adekvat davransın, bizim qədər qərarlı olsun, sülhünmahiyyətini anlasın. Vəssalam. Bax ondan sonra kimsə bu prosesəmane ola, sülh müqaviləsinin bağlanmasını əngəlləyə bilməz", - deyədeputat əlavə edilib.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasında müşavir, BakıPolitoloqlar Klubunun sədri Zaur Məmmədov isəTrend-ə deyib ki, Ararat Mirzoyan və Ceyhun Bayramov uzun müddətdirki, bir-birilərini tanıyırlar, görüşlər keçirirlər. Amerikada ötənil bir neçə günlük hətta görüş keçirildi. Ondan sonra da mütamadiolaraq bu görüşlər birbaşa və yaxud bilavasitə şəkildə həyatakeçirilir. Hal-hazırda Azərbaycan və Ermənistan arasında doğrudanda müsbət dəyişiklikləri sezirik.

"Ermənistanın dörd kəndlə bağlı verdiyi qərar, eyni zamandayaxın vaxtlarda ümid edirik ki, Ermənistanın hüquqi normativhaqlarına edəcəyi dəyişikliklər sülh müqaviləsinin artıqimzalanması ilə nəticələnə bilər. Amma ümid edək ki, bubaşlayacaqdır və təkcə kəndlərlə məsələ yekunlaşmayacaqdır.
Çünki kəndlər məsələnin tam olaraq bitməsi demək deyil.Delimitasiya və demarkasiya davam edəcəkdir və eyni zamandaAzərbaycan və Ermənistan arasında əsas məsələ olan, Bakının əsasistəyi olan məhz bu konstitusiya dəyişiklikləri və normativ hüquqaktlardır. Çünki əgər Ermənistan bu gün hüquqi normativ aktlarındaqonşu ölkə ərazisinə iddiası varsa, bu, gələcəkdə hakimiyyətdəyişiklikdən sonra Ermənistanda Azərbaycana qarşı cığallığagətirib çıxarda bilər.

Digər məsələ, Almatıda da müzakirə ediləcək məsələ bu, sülhmüqaviləsinin mətni ilə bağlıdır.
Bunu biz sülh müqaviləsini adlandıra bilərik və yaxud sülhmüqaviləsinə qədər biz paraflanmış bir sənəd adlandıra bilərik ki,bu sənətdə də yəqin o ifadə həkk olunacaq ki, Azərbaycan vəErmənistan arasında imzalanacaq bu müqavilə buna qədər ölkədaxilində qəbul edilən qərarları qüvvədən salır və bu, ən ali sənədtərəflər arasında hesab olunur.

Bu, gələcəkdə zidiyyətlərin və mümkün münaqişələrin aradanqalxması üçün çox böyük irəliləyiş olardı. Və kommunikasiyaməsələləri də müzakirə predmeti olacaqdır. Biz kommunikasiyalardedikdə, əlbəttə ki, Zəngəzur ilə bağlı yol xəttinin artıq nəhayətaçılmasını nəzərdə tuturuq.

Ən nəhayət, Almatı görüşü Qazaxıstanda baş tutacaq. Tərəflər1991-ci ildə orada saziş imzalayıblar.
Bu dəfə isə artıq xarici işlər nazirləri sülh müqaviləsi mətninimüzakirə edəcək. Bu, əlbəttə ki, irəliyə doğru addımdır. Və ənəsası görüşün məhz neytral ölkədə keçirilməsi geosiyasi maraqçəkişmələrini kənarlaşdırır və kommunikasiyanı daha nəticəli edəbilər", - o əlavə edib.

Məqalədə:
Seçilən
239
1
az.trend.az

1Mənbələr