Şimali Makedoniya tarixində ilk dəfə qadın prezident seçilib. Belə ki, ölkənin aparıcı müxalifət partiyası olan “Daxili Makedoniya İnqilab Təşkilatı – Makedoniya Milli Birliyinin Demokrati Partiyası”nın namizədi Qordana Silyanovska-Davkova mayın 8-də keçirilmiş prezident seçkilərinin ikinci turunda səslərin 99,75 %-ni emalından sonra 65,14 %-lə öndədir.
Ölkənin Dövlət Seçki Komissiyasının (DSK) verilənlərinə əsasən, seçicilərin 29,25 %-i “Makedoniya Sosial Demokrat İttifaqı”nın dəstəklədiyi hazırkı prezident Stevo Pendarovskiyə səs verib.
Mətləb