Xaçmaz rayonu, Xudat şəhəri, Seyidlər kəndinin sakini Ədalət Xəlilov maaşını ala bilmir.
Qaynarinfo-ya müraciət edən vətəndaş deyir ki, Mehdiabad qəsəbəsində "Nəbi dayının sexi" kimi tanınan özəl müəssisədə işləyib.
"Buranı internet vasitəsi ilə tapmışam. Ötən ilin dekabrında çilingər işinə düzəlmişəm. Müəssisədə qapı, darvaza, "naves" yığılır. Müəssisənin rəhbəri Nəbi dayı - hər kəs onu elə çağırır - görəcəyim işlər müqabilində mənə ayda 1000 manat əmək haqqı verəcəyini dedi. Bir ay işlədim. Darvaza, qapı yığdım. Hətta mənə aid olmayan işləri də gördüm. Lakin ayın sonunda məlum oldu ki, pul yoxdur. Düşündüm ki, olur, yəqin çətinliyi var, 2-3 günə maaşımı verər", deyə Ədalət Xəlilov bildirib.
Vətəndaş qeyd edib ki, 2-3 gün keçdikdən sonra da maaşı verilməyib. "Həmin vaxt rayona gedəsi oldum. Pul isdətim. 50 manat verdi, dedi kart atarsan qalanını da karta yükləyəcəm. Dediyi kimi etdim, kart atdım, amma pulu yükləmədi. Zəng vurdum, dedi ki, birindən borc tap gəl, pulunu verəcəm. Mən də borc alıb gəldim. Amma yenə də pul vermədi. Axırda dedim ki, sən mən aldadırsan, gedib şikayət edəcəm. O da mənə polisin adı ilə hədə-qorxu gələrək dedi ki, hara istəyirsən get şikayət elə. Bilirəm ki, polisin adından istifadə edir. Ona görə də qərara gəldim ki, elə ictimai şəkildə Daxili İşlər Nazirliyinə müraciət edim. Eyni zamanda teleqram vurmağı düşünürəm. Həm mənim pulumu vermir, həm də Azərbaycan polisinin adını öz işlərində hallandırır. Ümid edirəm ki, bu müraciətimin bir nəticəsi olacaq", deyə şikayətçi bildirib.
Seyid