Xocalıda insana məxsus sümük fraqmentləri aşkar edilib. Bu barədə XQ-yə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, işğaldan azad olunmuş Xocalı rayonunun Malıbəyli kəndi ərazisində mayın 8-də həyata keçirilən tikinti-qazma işləri zamanı insana məxsus olması ehtimal edilən müxtəlif sümük fraqmentlərinin aşkar edilməsi faktı üzrə Xocalı Rayon Prokurorluğunda araşdırma aparılır.