AZ

82 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçirilib

Birinci sinfə qəbulda tədrisi digər dillərdə aparılan bölmələr üzrə hər uşağa bir dəfə müsahibə vermək imkanı yaradılır.

“İki sahil” xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Tural Mahmudov deyib. O bildirib ki, uşaq üzrlü səbəbdən (xəstəliklə bağlı və s.) müsahibədə iştirak edə bilmədikdə bu haqda arayış təqdim etməlidir: “Arayış təqdim edən şəxslər üçün yay aylarında təkrar müsahibənin keçirilməsi nəzərdə tutulur”.

Xatırladaq ki, mayın 1-dən 2024-2025-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna başlanılıb. Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir və proses www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.

Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi sentyabrın 13-dək davam edəcək. Mayın 17-dək tədrisi digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərə qeydiyyat, mayın 30-dək isə müsahibə mərhələsi keçiriləcək. Sözügedən qrupda iyunun 12-dən sentyabrın 13-dək məktəb və müəllim seçimi aparılacaq. 1-ci sinfə elektron qəbul prosesində valideynlərə kömək məqsədilə ölkə üzrə ümumilikdə 326 Alternativ Qeydiyyat Mərkəzi yaradılıb.

Azərbaycan bölməsi üzrə 82 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçirilib.

Seçilən
249
17
ikisahil.az

10Mənbələr