AZ

Fransada Xurşidbanu Natəvanın vandalizmə məruz qalan heykəlinin bərpadan sonra açılışı olub - FOTO

Fransanın paytaxtı Parisdə XIX əsr tanınmış Azərbaycan şairəsi Xurşidbanu Natəvanın heykəlinin açılışı olub.

BAKU.WS Report-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Mədəniyyət Mərkəzində baş tutan açılış mərasimində Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, fransalı siyasətçilər, iş adamları, jurnalistlər və digər şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən səfir Leyla Abdullayeva Azərbaycanın dahi şairəsinin həyat və yaradıcılığından danışıb. Səfir heykəlin Fransanın Evyan Le Bən şəhərində uğradığı vandalizm haqqında qonaqlara məlumat verib. Mədəni irs nümunəsinə qarşı belə bir təcavüzün Fransada baş verməsinə çox kədərləndiyini bildirən səfir heykəlin bundan sonra səfirliyin Mədəniyyət Mərkəzinin bağçasında olacağını qonaqların diqqətinə çatdırıb.

Heykəlin açılış mərasimində Bakıda anadan olmuş Rusiyada, daha sonra Fransada yaşayıb fəaliyyət göstərən opera ustası Timur Abdikiyev Azərbaycan klassik musiqisindən parçalar ifa edib.

Seçilən
189
12
baku.ws

10Mənbələr