İtaliya A seriyasının 36-cı turuna start verilib.
Oxu.Az xəbər verir ki, ilk oyun günündə “Frazinoni”nin qonağı olan “İnter” rəqibini böyük hesabla məğlub edib.
Məhsuldarlığı ilə yadda qalan görüşdə hesab 19-cu dəqiqədə açılıb.
Frattesi komandasını qələbəyə ruhlandırıb - 1:0. Fasilədən sonra hücumlarının kəsərini artıran “İnter” futbolçuları rəqibi ardıcıl dörd dəfə cəzalandırıblar. Marko Arnoutoviç 60-cı dəqiqədə fərqi ikiyə yüksəldib - 2:0. 77-ci dəqiqədə Tayon Buçanan üçüncü dəfə ev sahiblərini meydanın mərkəzinə dəvət edib - 3:0. Ardınca Lautaro Martinez dəqiq oynayıb - 4:0. Görüşdə son nöqtəni Markus Türam 84-cü dəqiqədə vurduğu qolla qoyub - 5:0.
Qeyd edək ki, üç tur öncə çempionluğunu elan edən “İnter”in 92 xalı var. “Frazinoni” 32 xalla 17-cidir.