AZ

Arda Güler qol vurdu, “Real Madrid” qalib gəldi

İspaniya La Liqasının 34-cü turunda çempionluğunu elan edən “Real Madrid” “Qaranada” ilə görüşdə qalib gəldi.

Redaktor.az xəbər verir ki, 35-ci tur çərçivəsində keçirilən görüşə gözlənildiyi kimi fəal başlayan qonaqlar hesabı 38-ci dəqiqədə açıblar. Frqan Qarsiya azarkeşləri coşdurub - 1:0. İlk hissənin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqəsində səhnəyə çıxan Arda Güler rəqibi yenidən meydanın mərkəzinə dəvət edib - 2:0. Brahim Diaz 49-cu və 58-ci dəqiqədə vurduğu qollarla dubl edib - 4:0.

Qeyd edək ki, ötən tur qalib gələn “Real Madrid” çempionluğunu elan etmişdi. “Qranada” 21 xalla autsayderdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
289
50
redaktor.az

10Mənbələr