Xarici işlər nazirinin müavini, COP29-un aparıcı müzakirəçisi Yalçın Rəfiyev və COP29-un Danışıq Qrupu Bakıda Bakıda iqlim dəyişikliyi gündəliyi ətrafında fikir mübadiləsi aparmaq üçün Baham adaları, Tonqa və Tuvaludan olan yüksək səviyyəli nümayəndə heyətləri ilə görüşüb.
Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə COP29-un
“Aparıcı müzakirəçi Yalçın Rəfiyev və COP29 Danışıq Qrupu Bakıda iqlim dəyişikliyi gündəliyi və prioritetləri müzakirə etmək üçün Baham adaları, Tonqa və Tuvaludan olan yüksək səviyyəli nümayəndə heyətləri ilə görüşüb”, – paylaşımda diqqətə çatdırılıb.
Qeyd olunub ki, görüşdə “İnkişaf etməkdə olan Kiçik Ada Dövlətlərinin (İKAD) iqlim dəyişikliyinin mənfi təsirlərinə qarşı xüsusilə həssas olduğuna” diqqət çəkilib.
Vurğulanıb ki, COP29-un Danışıq Qrupu Bakıda keçiriləcək tədbirədək “İKAD ilə əlaqə saxlamağa davam edəcək”.