Myın 12-də Kişinyovda keçirilən "2024 SOCCA EUROCUP"un finalında Qazaxıstan millisi Xorvatiya yığmasına 3:0 hesabı ilə qalib gəlib.
Publika.az xəbər verir ki, bu barədə Zakon.kz məlumat yayıb.
İlk hissədə qazaxıstanlılar iki dəfə fərqlənib - Abay Yelemesov (2-ci dəqiqə) və Bekruz Pişkar (15-ci dəqiqə) bunu bacarıb. Matçın ikinci hissəsində Talqat Utepbergenov 39-cu dəqiqədə fərqlənib.
Beləliklə, Qazaxıstan "Socca" komandası ardıcıl ikinci il Avropa çempionu adını qazanıb. Ötən il Qazaxıstan turnirin finalında Rumıniyaya qalib gəlmişdi.