“Hələ oynamaq istədiyim rollar çoxdur. Gəlib 65 yaşa çatmışam, indi anlayıram ki, əslində bu heç də böyük yaş deyilmiş. Gənc olanda gözümüzə çox görünür. Əvvəlki enerjim, ruhum yerindədir, dəyişən sadəcə illərdir”.
Bu fikirləri Hit.az-a yubiley öncəsi açıqlamada xalq artisti Bəsti Cəfərova səsləndirib.
“Səhnənin qəribə enerjisi var. Mən 40 dərəcə qızdırma ilə də səhnəyə çıxmışam, ağrımı acımı unudub rollarımı oynamışam. Ona görə heç bir zaman oynadığım rollara dublyor istəməmişəm. 46 ildir bu sənətdəyəm. Teatr artıq mənim evimə çevrilib. Xalqımdan da, dövlətimdən də yetərli qədər diqqət və sevgi görmüşəm”,- deyə o bildirib.
Murad