AZ

Britaniya Krıma zərbə endirmək üçün Kiyevə öz silahlarından istifadə etməyə icazə verdi

London Krıma hücumlar üçün Ukraynaya verilən Britaniya silahlarından istifadə etmək barədə razılığa gəlib. 

HİT.az xəbər verir ki, bu sözləri Böyük Britaniyanın Müdafiə Nazirliyinin rəhbəri Qrant Şapps "Sky News" telekanalında deyib.

Londonda keçirilən konfransda çıxışı zamanı Şapps izah edib ki, Böyük Britaniya bütün Ukrayna ərazisində, o cümlədən Londonun onun tərkib hissəsi hesab etdiyi Krımda öz silahlarından istifadə etməyə icazə verib.

Eyni zamanda, Şapps qeyd etdi ki, Britaniya öz silahlarından yalnız beynəlxalq humanitar hüquqa tam uyğun olaraq hər yerdə istifadə etməyə icazə verir.

Mayın 14-də Ukraynanın müdafiə naziri Rustem Umerov britaniyalı həmkarı Qrant Şapps ilə telefon danışığı aparıb. Umerov Kiyevin Londondan uzaqmənzilli silah və artilleriya almaq istəyini xatırladıb.

Bundan əvvəl Britaniya hakimiyyəti ölkənin müdafiə sənayesinin müharibə rejiminə keçdiyini elan etmişdi. Böyük Britaniyanın baş naziri Rişi Sunak bildirib ki, növbəti altı il ərzində ölkə öz müdafiə sənayesinin inkişafına əlavə vəsait yatıracaq, həmçinin Ukraynaya müdafiə yardımı üçün maliyyə xərclərini artıracaq.

Samir

Seçilən
289
22
hit.az

10Mənbələr