Rusiyanın müdafiə naziri Andrey Belousov belaruslu həmkarı general-leytenant Viktor Xreninlə telefonla danışıb.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi özünün Telegram kanalında məlumat yayıb.Departament qeyd edib ki, danışıqlar Belarus tərəfinin təşəbbüsü ilə baş tutub. Söhbət zamanı Xrenin Belousovu Müdafiə Nazirliyinin rəhbəri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib. Nazirlər iki ölkə arasında hərbi və hərbi-texniki əməkdaşlıq məsələlərini də müzakirə ediblər.
Belarus Müdafiə Nazirliyibildirib ki, Xrenin Belousovu bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib.
...Əminəm ki, Sizin rəhbərliyiniz altında Rusiya Federasiyasının Silahlı Qüvvələri Rusiyanın təhlükəsizliyinin təmin edilməsi və milli maraqlarının qorunması üzrə vəzifələri uğurla yerinə yetirməyə davam edəcək.Əminəm ki, biz birlikdə, çiyin-çiyinə xalqlarımızı qoruya və onlara dinc gələcək bəxş edə biləcəyik.
Bunu Belarus müdafiə nazirliyinin mətbuat xidmətindən sitat gətirirlər.
Nazlı