Yunan-Roma güləşində Azərbaycan millisinin üzvü Taleh Məmmədov karyerasını başa vurub.
Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, Taleh Məmmədov bundan sonra məşqçi kimi fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, Taleh Məmmədov yunan-Roma güləşi üzrə Avropa ikincisi və dünya üçüncüsüdür.