Hazırda Bakıda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
İndex.az xəbər verir ki, bu barədə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Bildirilib ki, məlumat sürət tablolarında “sürüşkən yol” işarəsi qoyulub.
“Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir”, – deyə məlumatda qeyd olunub.