AZ

Daha bir ölkə “Bayraktar”lara sahib oldu

Polşa Türkiyədən sifariş verdiyi “Bayraktar TB2” pilotsuz uçuş aparatlarının hamısını əldə edib.

Publika.az xəbər verir ki, bu barədə Şərqi Avropa ölkəsinin müdafiə nazirinin müavini Pavel Beyda sosial şəbəkədə bildirib.

“Bu, Türkiyənin “Bayraktar TB2” dronlarının əvvəllər sifariş edilmiş tədarüklərinin sonuncu partiyasıdır – müqavilə Polşa Hərbi Hava Qüvvələrini gücləndirəcək dörd dəst pilotsuz uçuş aparatının alınmasını nəzərdə tuturdu. Beləliklə, Polşa Qoşunları (Polşa Silahlı Qüvvələrinin qeyri-rəsmi adı – red.) dünyanın bir çox ordularının istismar etdiyi müasir texnika ilə zənginləşir”, – Beyda yazıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
216
14
publika.az

10Mənbələr