AZ

Azərbaycan səfiri həmkarı ilə danışıqlar APARDI 

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov omanlı həmkarı Saif Əl-Cəhvari ilə ölkələr arasında ikitərəfli əməkdaşlığı müzakirə edib.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın diplomatik missiyasının mətbuat xidməti bildirib.

 

“Səfir Rəşad Məmmədov Oman səfiri Saif Əl-Cəhvarini qəbul edib. Görüşdə Azərbaycan və Oman arasında ikitərəfli əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb”, – səfirlik diqqətə çatdırıb.

 

Xatırladaq ki, Azərbaycan səfiri mayın 15-də Türkiyənin NATO-dakı nümayəndə heyətinin sədri Mövlud Çavuşoğlu ilə görüşmüşdü.

Seçilən
335
50
modern.az

10Mənbələr