AZ

NATO rəhbərliyi: Rusiya Ukraynada strateji uğur əldə etməyib

NATO

Bakı, 17 may, AZƏRTAC

Döyüş meydanındakı vəziyyət Ukrayna Silahlı Qüvvələri üçün hələ o dərəcədə pisləşməyib ki, Ukrayna danışıqlar masasına otursun.

AZƏRTAC xəbər verir ki, bunu NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer deyib.

Onun sözlərinə görə, Rusiya strateji uğur əldə etməyib.

Mayın 16-da Ukrayna komandanlığı NATO-nu döyüş meydanında yaranan ciddi vəziyyət barədə məlumatlandırıb.

ABŞ Dövlət katibi Antoni Blinken bildirib ki, Kiyev Moskva ilə danışıqlara başlamaq üçün özü qərar verməlidir.

Seçilən
194
4
azertag.az

10Mənbələr