AZ

“Qərb Ermənistandan Rusiyaya qarşı istifadə edir” – Britaniyalı politoloq – ŞƏRH

Həm Ermənistan, həm də Gürcüstan daxilində kifayət qədər gərgin vəziyyət hökm sürür. Gürcüstanda Qərb, Ermənistanda Rusiya tərəfdarları hakimiyyətə qarşı etiraz aksiyaları keçirirlər. Nə baş verir, proseslərin üst-üstə düşməsi təsadüfdürmü? Hər iki ölkədə hadisələrin gedişi və mümkün nəticələri necə proqnozlaşdırılır?

“Şübhəsiz ki, dünyanın geosiyasi faktorları Cənubi Qafqaza ciddi şəkildə müdaxilə etməyə başlayıb. Mən ən böyük faktoru Ukraynadakı müharibənin gedişatına aid edərdim. Aydındır ki, Qərblə Rusiya və onun müttəfiqləri arasında qlobal münaqişə davam etməkdədir”. 

Bu fikirləri Ednews-a açıqlamasında Britaniyalı siyasi ekspert Patrik Uolş bildirib. Ekspertin sözlərinə görə, Qərb Rusiyaya qarşı yeni cəbhələr yaratmağa çalışır:

“Ukrayna əks-hücumunun uğursuzluğu və Rusiyanın Kiyevdə üstünlük əldə etməsi ilə Qərb Kremlə qarşı başqa cəbhədə - Cənubi Qafqazda səylərini gücləndirib. Vaşinqtonla Paşinyan hökuməti arasında maraqların toqquşması var ki, bu da Ermənistanda nüfuz uğrunda mübarizə yaradıb. Müxalifət Rusiyayönümlü olmağa meyllidir, buna görə də onlar baş verən hadisələrdən istifadə edirlər”. 

Gürcüstandakı hazırki vəziyyət necə səciyyələndirmək olar?

“Gürcüstanda isə vəziyyət daha fərqlidir. Burada dövlət Azərbaycan sistemini nümunə götürməyə çalışan və Qərb tərəfdarları arasında bölüşdürülüb. Aydırdır ki, Qərb bu regionda öhdəlik götürməyə hazırdır. Azərbaycanda əldə edilən sabitlik və uğur Qərblə Şərq arasında çətin diplomatik danışıqlar gösətərilə biləcək ən böyük nümunədir.”

Fərid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
178
32
ednews.net

10Mənbələr