Gürcüstan vətəndaşı Qaxda kirayə qaldıgı evdə ölüb.
KONKRET.az xəbər verir ki, hadisə Qax şəhəri ərazisində baş verib. Belə ki, Gürcüstan Respublikasının vətəndaşı, 1952-ci il təvəllüdlü Zurab Celiqadzenin meyiti kirayə qaldıgı ünvanda aşkar edilib. Hadisə yerinə TTY briqadası və hüquq- mühafizə orqanları cəlb olunub. Müayinə zamanı Z. Celiqadzenin ürək tutmasından öldüyü məlum olub.
Qeyd edək ki, Z. Celiqadze Qax şəhərində avtomobil ustası kimi calışırdı.
Faktla baglı araşdırma aparılır.