AZ

"Növbəti mövsümdə "Liverpul"un baş məşqçisi olacağam"

"Liverpul" Yürgen Kloppdan sonrakı dönəm üçün baş məşqçisini tapıb.

Sportal.az xəbər verir ki, Mersisayd təmsilçisini hazırda "Feyenoord"un baş məşqçisi olan Arne Slot çalışdıracaq. Niderland klubu rəsmi saytı vasitəsilə 45 yaşlı mütəxəssislə vidalaşıb.

Niderlandlı məşqçi özü də "Liverpul"a gedəcəyini təsdiqləyib. O, mətbuat konfransında məlumatı təsdiqləyib: "Növbəti mövsümdə "Liverpul"un baş məşqçisi olacağam".

Qeyd edək ki, Arne Slot "Feyenoord"un baş məşqçisi kimi 147 oyuna çıxıb. Roterdam təmsilçisi onun rəhbərliyi altında 96 qələbə qazanıb, 27 heç-heçə edib, 24 dəfə isə məğlub olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
23
sportal.az

10Mənbələr