AZ

ABŞ Nevada ştatındakı nüvə poliqonunda sınaqlar keçirib

ABŞ-nin Nevada ştatındakı nüvə poliqonunda subkritik sınaq keçirilib.

Xezerxeber.az xəbər verir ki, ABŞ Energetika Nazirliyinin Milli Nüvə Təhlükəsizliyi İdarəsi (NNSA) məlumat yayıb.

Bu, Nimble təcrübələri seriyasında ilkdir.

“Eksperiment ABŞ-nin 1992-ci ildən bəri həyata keçirdiyi nüvə partlayıcı qurğuların sınaqlarına dair könüllü moratoriuma uyğun olaraq həyata keçirilib və heç bir özünü saxlayan superkritik zəncirvari reaksiya olmayıb”, - deyə məlumatda vurğulanır.

Qeyd edilib ki, əldə edilən nəticələr modelləşdirmə imkanlarını təkmilləşdirmək üçün də istifadə oluna bilər.

Seçilən
270
50
xezerxeber.az

10Mənbələr