AZ

Şahruddin "Antalyaspor"a qarşı oynadı, komandası uduzdu

Türkiyə Super Liqasında 37-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi “Adana Demirspor” səfərdə "Antalyaspor"un qonağı olub. Görüş ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Məhəmmədəliyev bu matçda meydana start heyətində çıxıb və 90 dəqiqə oynayıb.

34 turdan sonra 41 xal toplayan "Adana Demirspor" turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

Seçilən
20
2
sportal.az

4Mənbələr