AZ

Digər ölkələrQırğızıstanda kütləvi davada 29 nəfər zərər çəkib, silahlı şəxslər saxlanılıb

Bişkekdə baş verən dava nəticəsində 29 nəfər zərər çəkib.

"Far.Az" xəbər verir ki, bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyi məlumat yayıb.

“Mayın 17-dən 18-nə keçən gecə 29 nəfər təcili tibbi yardım briqadalarına tibbi yardım üçün müraciət edib. Onlardan 15-i xəstəxanaya çatdırılıb, qalanlarına isə yerində tibbi yardım göstərilib”, - məlumatda bildirilib.

Rusiyanın "Kommersant" qəzeti yazır ki, mayın 13-də əcnəbi tələbələrin yaşadığı yataqxanalarından birinin həyətində kütləvi dava baş verib. Hadisə zamanı bir neçə yerli sakin döyülüb. Yerli KİV-in məlumatına görə, mayın 17-si axşam yüzlərlə yerli sakin yataqxananın qarşısında toplaşıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub və saxlanılanlar var. Nəşr yazır ki, polis təxribatlar törətmək istəyən silahlı şəxsləri saxlayıb.

Seçilən
217
50
far.az

10Mənbələr