AZ

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

"Yüksəliş" müsabiqəsinə qabiliyyət imtahanının yeni imtahan korpusunda keçirilməsi yeni bir mərhələdir.

 

Sfera.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin direktorlar şurasının sədri Məleykə Abbaszadə deyib.

 

"Bu mərhələ qiymətləndirmə prosesinin rəqəmsallaşdırılmasında yeni və vacib bir addımdır. Hesab edirəm ki, bu, gələcəkdə bütün imtahanları daha şəffaf keçirməyə imkan verəcək. Buradakı monitordan imtahan otaqlarını izləmək mümkündür. Növbəti imtahanların görüntülərini internetdə də yerləşdirəcəyik. Bu, imtahanların necə keçməsi ilə bağlı ictimai müşahidəyə imkan verəcək. Proses ümumilikdə mürəkkəb prosesdir. Ümidvarıq ki, gələcəkdə bu sistemi regionlarda da tətbiq edəcəyik. İmtahan bu gün bir neçə binada eyni anda aparılır. Hazırda bu binada 700 nəfər imtahan verir. Günün ikinci yarısında da eyni sayda şəxs imtahan verəcək. Sabah da bu proses eyni qaydada davam edəcək. Ümumilikdə, bu 2 gündə 2800 nəfər burada tam şəffaf və yaxşı şəraitdə imtahana cəlb ediləcək. Hesab edirəm ki, nəticələr də hamı üçün uğurlu olacaq", - o əlavə edib.

 

Firuzə Əliyeva

Fotolar: Anar Bayramlı

 


 

Seçilən
223
50
sfera.az

10Mənbələr