ABŞ-ın keçmiş lideri Donald Tramp debatdan əvvəl siyasi rəqibi, hazırkı prezident Co Baydenin bədənində narkotik maddələrin olub-olmaması üçün test tələb edəcək.
Trampın sözlərinə görə, o, Baydenin ABŞ Konqresinin Nümayəndələr Palatasında və Senatda illik Birliyin vəziyyəti ilə bağlı çıxışı zamanı olduğu kimi müzakirələrdə eyni vəziyyətdə olmasını istəmir.
Daha əvvəl Tramp iddia etmişdi ki, Baydenə ictimaiyyət arasında qalmasına süni şəkildə yardım edilir, eks-prezident isə indiki dövlət başçısının hər hansı maddədən istifadə edib-etmədiyini bilmir.
Bayden və Tramp iyunun 27-də CNN telekanalında teledebat keçirmək barədə razılığa gəliblər.
Oxuməni.az