AZ

Səudiyyə Ərəbistanı kralı Salman müalicə olunur: Testlər aparılacaq

 

Səudiyyə Ərəbistanı kralı Salman yüksək hərarətdən müalicə olunub. Salman üzərində bəzi testlərin aparılacağı bildirilib.

Ednews birgun.net-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Əl Səud “yüksək hərarət və oynaq ağrısı” şikayətləri ilə Ciddədəki Əl Salam sarayındakı kral klinikasında müalicə olunub.

Səudiyyə Ərəbistanının 88 yaşlı kralı Salman bin Əbdüləziz Əl Səudun “yüksək hərarət və oynaq ağrısı” şikayətləri həkimləri təşvişə salıb.

Səudiyyə Ərəbistanının rəsmi agentliyi SPA tərəfindən verilən açıqlamada Kral Salmanın Ciddədəki Əl Salam sarayındakı kral klinikasında müalicə olunduğu və orada bəzi testlərdən keçəcəyi bildirilib.

Selman sonuncu dəfə aprel ayında adi müayinədən keçmək üçün klinikaya daxil olub.

 

Xəyal

Seçilən
101
16
ednews.net

10Mənbələr