AZ

İlham Əliyev: "Helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi"

İlham Əliyev: "Helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi"



 20:00 19.05.2024     114

Bu gün İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi ilə dostcasına xudahafizləşdikdən sonra ali nümayəndə heyətini daşıyan helikopterin İranda qəza enişi etməsi barədə xəbər bizi ciddi şəkildə narahat etdi.

Demedia.az  xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev "X"dəki hesabında paylaşım edib.

"Uca Allahdan dualarımız Prezident İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyəti ilədir. Qonşu, dost və qardaş ölkə olaraq Azərbaycan Respublikası hər cür dəstək göstərməyə hazırdır", - Azərbaycan Prezidenti qeyd edib.

Seçilən
373
50
demedia.az

10Mənbələr