Helikopteri qəzaya uğrayan İran prezidenti İbrahim Rəisinin rəsmi "Instagram" hesabında insanlardan onun üçün dua etməyi xahiş edən paylaşım edilib.
Referans.az xəbər verir ki, paylaşımda deyilir:
"Mənim üçün dua edin".
Qeyd edək ki, mayın 19-da İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter sərt eniş edib. Helikopterdə dövlət başçısı ilə yanaşı Təbrizin cümə imamı Məhəmmədəli Ali Haşim, xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan, Şərqi Azərbaycan valisi Malik Rəhməti və bir neçə başqa sərnişin də olub.
İnsident İranın Şərqi Azərbaycan vilayətindəki Varziqan şəhərində baş verib./publika.az
- Dünya
- 19 May 2024