AZ

Yevlaxda kişi arvadını öldürüb sonra özünə xəsarət yetirib

Bakı. Trend:

Mayın 19-da Yevlax rayon sakini 1984-cü il təvəllüdlü LəmanŞükürovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxilolub.

Yevlax rayon prokurorluğundan Trend-ə verilən məlumata görə,araşdırma zamanı 1964-cü il təvəllüdlü Mətləb Şükürovun ailəmünaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı arvadıLəman Şükürovaya bıçaqla xəsarət yetirərək qəsdən öldürməsi, dahasonra isə özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyənedilib.

Mətləb Şükürov Yevlax rayon mərkəzi xəstəxanasında tibbimüayinədən keçirilərək müalicə edilib və vəziyyəti stabilolduğundan prokurorluq tərəfindən şübhəli şəxs qismindətutulub.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci(qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidaiistintaq aparılır.

Seçilən
182
30
az.trend.az

10Mənbələr