AZ

Zəngəzur meşələrindən reportaj - VİDEO

Avropada birinci, dünyada isə Kanadadan sonra ikinci təbii çinar meşələrinin yetişdiyi Bəsitçay Dövlət Təbiət Qoruğunun yeni görüntüləri yayılıb.
 
Moderator.az xəbər verir ki, AzTV-nin çəkiliş qrupu mina təhlükəsizliyi baxımından məhdud imkanlar daxilində Zəngilan rayonunda yerləşən qoruqda çəkiliş aparıb.
 
Qoruğun meşə ilə örtülü sahənin əsas ağac cinsi Şərq çinarıdır. Burada əsasən bir meşə tipi-müxtəlif otlu çinar meşələri formalaşıb.
 
Qeyd edək ki, qoruğun mövcud vəziyyətinin qiymətləndirilməsi üçün işğaldan azad olunmuş ərazilərə ezam olunmuş monitorinq qrupunun verdiyi məlumatlara əsasən, qoruğa aid olan 85 hektar meşə ilə örtülü sahəsinin 42 hektardan çox hissəsinin tamamilə məhv edilib. Çoxyaşlı qiymətli Şərq çinarı ağacları kəsilib, köklərinin itirilməsi üçün müxtəlif partladıcı maddələrdən istifadə edilib, ərazidə yanğınlar törədilib və qoruğun inzibati binası dağıdılıb.
 
Ətraflı süjeti təqdim edirik:

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
179
50
moderator.az

10Mənbələr