AZ

Göygöldə korrupsiya hüquqpozmaları ilə bağlı maarifləndirici tədbir keçirilib

Göygöl rayonunda korrupsiya hüquqpozmaları ilə bağlı maarifləndirici görüş keçirilib.

"Report"un Qərb bürosunun məlumatına görə, Göygöl Rayon İcra Hakimiyyəti, rayon Prokurorluğu və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi Göygöl rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı"nın icrası ilə əlaqədar rayon ümumtəhsil məktəblərinin direktorları, direktor müavinləri və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə maarifləndirici görüş keçirilib.

Görüşdə Göygöl Rayon İcra Hakimiyyəti bacısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova, Rayon Prokurorunun köməkçisi Pərvin Abbasov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi Göygöl Rayon üzrə Təhsil sektorunun müdiri Elnur Qasımov və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Maarifləndirici görüşdə dövlət qurumlarının fəaliyyətində şəffaflığın daha da artırılması, korrupsiyaya şərait yaradan halların qarşısının alınması və mübarizə tədbirlərinin davamlılığının təmin edilməsinin əhəmiyyətindən danışılıb, müvafiq normativ-hüquqi sənədlərin tələbləri diqqətə çatdırılıb.

Seçilən
287
22
report.az

10Mənbələr