AZ

Ukrayna və Qərblə razılaşmalar Rusiyaya kömək etməyəcək..?

...Rusiya Ukrayna ilə hər hansı kompromis razılaşmasının həyata keçiriləcəyinə əmin ola bilməz - hətta əldə olunsa belə...

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Dmitri Medvedev deyib ki, Qərbin zəmanətlərinə arxayın olmaq da mümkün deyil.

Deməli, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini əmindir: ölkənin təhlükəsizliyinin ən yaxşı təminatı “İskəndər”, “Zirkon”, “Xəncər” və digər silahlardır.

Qeyd edək Medvedev dediklərini belə “xırdalayaraq əsaslandırır”.

Onun dediyinə görə, Ukrayna Reyxinin hər hansı yeni zərb edilən “füreri” fürsətçi səbəblərdən istənilən an bağlanmış müqaviləni pozmağa qadirdir. Və bu halda, heç bir Qərb zəmanəti kömək etməyəcək - və Qərb, çox güman ki, onları verməyəcək.

Belə şəraitdə Medvedyevin iddiasına görə, ən yaxşı zəmanət Rusiyanın yüksək effektiv silahlarıdır.

Kreml bundan əvvəl dəfələrlə vurğulamışdı ki, Rusiya yalnız öz şərtləri ilə danışıqlar aparacaq və ona başqasının qaydalarını tətbiq etmək mümkün olmayacaq.

Ağasəf Babayev

Seçilən
203
47
sia.az

10Mənbələr